Çin silahlı qüvvələri cümə axşamı Tayvan ətrafındakı altı ərazidə genişmiqyaslı təlimlərə başlayacaq.

YALAN.info yerli KİV-ə istinadən xəbər verir ki, təlimlər Pekin vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə 08:00) başlayacaq və avqustun 7-si günortaya qədər davam edəcək.

Çin Xalq Azadlıq Ordusunun irimiqyaslı manevrləri barədə məlumat ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təyyarəsi çərşənbə axşamı axşam Taypeyin Sonqşan hava limanına endikdən bir neçə dəqiqə sonra ortaya çıxıb. Təlim proqramı canlı atəşi əhatə edir.

Buna görə də ÇXR səlahiyyətliləri mülki təyyarələrin və dəniz gəmilərinin sözügedən altı əraziyə girməsinə qadağa qoyulması barədə xəbərdarlıq ediblər. Ekspertlərin fikrincə, manevrlər 1996-1997-ci illərdə Tayvan boğazında böhran zamanı analoji təlimlərin miqyasını aşacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın