Türkiyənin Cumhuriyyət Xalq Partiyası (CHP) iyunun 24-də ölkədə baş tutacaq prezident seçkilərinə namizədini açıqlayıb. Partiya bu gün keçirilən toplantısında Muharrem İncənin namizədliyini irəli sürüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, 54 yaşlı M.İnce 2014-cü ildən CHP-nin parlament qrupunun sədridir.

O, Yalova vilayətinin parlamentdəki təmsilçisidir.

Bundan öncə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) indiki prezident Rəcəb Təyyub Ərdoğanın namizədliyini irəli sürmüşdü.

Yada salaq ki, Ərdoğan iyunun 24-də ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini elan edib.

https://www.youtube.com/watch?v=sRZ0svW6aOs

CHP-nin prezidentliyə namizədi müəyyənləşdi – MUHARREM İNCƏ

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın