“Azərbaycan vətəndaşları Moldova sərhəddindən keçməklə Ukraynadan çıxa bilərlər”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, dünən 55 Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddindəki 2 nəzarət-buraxılış məntəqəsi ilə Ukraynadan çıxıb. İndiyədək toplam 100-dən çox vətəndaşımız Ukraynadan çıxıb. Bu prosesin davam edəcəyi gözlənilir. 

“Ukraynadakı səfirlik və konsulluqla daimi əlaqə saxlayırıq. Azərbaycan vətəndaşları qaynar xətt haqqında məlumatlandırılıblar”, – C.Bayramov deyib. 

XİN rəhbərinin sözlərinə görə, bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə, ya da təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur. 

C.Bayramov əlavə edib ki, indi Ukraynadan Moldovaya keçmiş vətəndaşların Vətənə necə qayıdacağı araşdırılır.

Öncəki xəbərUkraynada son durum: Arestoviç əsas mövqelər barədə danışıb
Sonrakı xəbərUEFA Çempionlar Liqasının finalını Rusiyadan alaraq Fransaya verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın