Çex Respublikasının prezidenti Miloş Zeman indi Əfqanıstanda cərəyan edən proseslərə görə ABŞ-ın keçmiş və indiki prezidentləri Donald Tramp və Co Baydeni günahlandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı yerli telekanala müsahibəsində koalisiya qüvvələrinin ölkədə qalması üçün bu iki siyasətçinin ciddi səy göstərmədiklərini bildirib.

Zeman NATO-da ciddi islahatlara ehtiyac olduğunu da bəyan edib. Onun sözlərinə görə, alyans indi özünü servis təşkilatı kimi aparır və tam olaraq ABŞ prezidentinin sözü ilə hərəkət edir.

Həmçinin, Çexiya prezidenti “Taliban” hərəkatını terrorçu qurum adlandıraraq, onunla danışıqlara qarşı çıxış edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın