Dünyaca məşhur müğənni və aktrisa Cenifer Lopez (Jeniffer Lopez) yeni mahnısı “Ain’t your mama” (Mən sənin anan deyiləm) üçün klip çəkib. Hələ aprelin 7-də American Idol səhnəsində təqdimatını etdiyi mahnının sözlərində qadın-kişi haqqlarının bərabərliyindən söz açılır.


Jennifer Lopez – Ain’t Your Mama

Olduqca dinamik alınmış mahnının sözləri bir sıra şərq ölkələri kimi Azərbaycan üçün də qorxulu səslənir. Belə ki, J.Lo klipdə nəinki sadəcə öz sevgilisinə, ya da ərinə onun üçün yemək bişirməyəcəyini, paltarlarını yumayacağını, qısaca – “Mən sənin anan deyiləm” deyir, həm də bu məsələni ictimailəşdirməyə çalışır.

Klip boyunca başqa-başqa qadınları canlandırmağa çalışan müğənni sonda özü kimi düşünən bir dəstə qadınların arasında rəqs edir. Asanlıqla yaddaqalan sözləri olan bu dinamik mahnı demək olar ki, bir üsyana çağırışdır.

Jeniffer Lopez klipi öz Youtube kanalında ayın əvvəlində yayımlamasına baxmayaraq artıq 50 milyondan çox insan tərəfindən izlənmişdir.

Öncəki xəbərDünyanın ən varlı futbolçuları Kristiano Ronaldo, Leonel Messi
Sonrakı xəbərUkraynalıların, Macarların, Türklərin ümumi əcdadı Qıpçaqlar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın