“Rusiyanın Ukraynanın şərqində aldatma əməliyyatlar həyata keçirmək üçün bəzi agentləri öncədən bölgəyə yerləşdirdiyi məlumatına sahibik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki (Jen Psaki) deyib.

Bu aldatma əməliyyatların Rusiyanın Ukraynanın işğalına zəmin hazırlamaq üçün planlaşdırdığını bildirən Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmisi xatırladıb ki, bunu əvvəllər də görüblər: “2014-cü ildən öncə də görmüşük. Bunlara təxribat aktları və Ukraynanın rus qüvvələrinə qarşı hücuma hazırlaşdığı ittihamı daxildir”.

İddia edilən agentlərin şəhər döyüşlərində özəl təlim keçmiş insanlar olduğunu vurğulayan sözçü Moskvanın sosial media kanalları vasitəsilə Ukrayna haqqında dezinformasiya həyata keçirdiyini bildirib. İddia edib ki, Rusiya ordusu yanvarın ortaları ilə fevralın ortaları arasında Ukraynaya müdaxilə edə bilər.

Pentaqon sözçüsü Con Kirbi də Rusiyanın Ukraynada “saxtalaşdırma əməliyyatı” həyata keçirmək üçün Ukraynanın şərqinə öz agentlərini yerləşdirməsi iddiasını təsdiqləyib. Bu məlumatın niyə özəl olaraq Moskvaya deyil, birbaşa ictimaiyyətə çatdırılması ilə bağlı suala Kirbi belə cavab verib: “Gördüklərimizi açıq şəkildə ifadə etməyi önəmli saydıq”.

Məlumatın sadəcə ABŞ kəşfiyyatının araşdırması olub-olmaması ilə bağlı suala gəldikdə Kirbi deyib ki, kəşfiyyat müxtəlif mənbələrdən toplanmış bir şeydir və o, bu xüsusi kəşfiyyatın mənbəyini dəyərləndirməyəcək.

Pentaqon sözçüsü qeyd edib ki, ABŞ-ın Ukraynada 200 əsgəri var və onların təhlükəsizliyi ilə bağlı Rusiya ilə əlaqə saxlaya biləcək bir çox kanal var.

Rus ordusu bu tarixdə Ukraynaya girə bilər – Kəşfiyyatdan şok iddia
KİMNemət
MƏNBƏTeleqraf.com
Öncəki xəbərRəqsanənin qızı Aysun İsmayılova ailə qurduqdan sonra sənətdən gedir
Sonrakı xəbərAvropada gərginlik: AB Polşanı 50 milyon avro cərimələdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın