Donald Tramp administrasiyası adına qatıldığı son NATO toplantısında Türkiyəni hədəf seçən ABŞ Dövlət katibi Mayk Pompeoya Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu sərt cavab verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.  

ABŞ Dövlət katibi Mayk Pompeo Ankaranı Aralıq dənizində müttəfiqləri ilə gərginliyi artırmaq və Rusiya istehsalı HHM sistemini almaqla bir növ Kremlə hədiyyə verməkdə günahlandırıb.

Gündəmdən qırağa çıxaraq Türkiyəni hədəf seçən M.Pompeoya Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu cavab verib.

Türkiyəli nazir Pompeonu avropalı müttəfiqlərlə telefonla danışıb Türkiyəyə qarşı cəbhə yaratmaq, regional qarşıdırmalarda kor-koranə şəkildə Yunanıstanın tərəfini saxlamaq və Ankaraya “Patriot” HHM sistemi satmağı rədd etməkdə günahlandırıb.

M.Çavuşoğlu bununla yanaşı Türkiyənin İŞİD-lə vuruşduğu bir məqamda ABŞ-ın Suriyadakı terror dəstələrini dəstəklədiyini, həmçinin ABŞ və Fransanın Dağlıq Qarabağda Ermənistana dəstək verərək münaqişəni daha da pisləşdirdiyini dilə gətirib.

Öncəki xəbərLavrovdan Qarabağla bağlı açıqlama: Sülhməramlılar artıq bir sıra konkret addımlar atıb
Sonrakı xəbərXTQ döyüşçüsü: Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın