Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Bayden başda olmaqla, bir sıra qərb liderlərini ikiüzlülükdə ittiham edib.

YALAN.info bildirir ki, Türkiyəli nazir bir sıra dövlət başçılarının qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə etirazını bildirib.

“Son günlərdə bəzi qərb liderləri iddia edirlər ki, soyqırım yalnız məhkəmə qərarı ilə müəyyən edilə bilər. Bu həqiqətdir!

Həmin şəxslərin məhkəmə qərarı olmadan, siyasi motivlərlə 1915-ci il hadisələri üçün “soyqırım” ifadəsini işlətmələri onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, – nazir qeyd edib.

Bildirək ki, ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələrini şərh edərkən bir daha “soyqırım” ifadəsini işlədib. Buna cavab olaraq, Türkiyə XİN tarixi faktlara və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanatların etibarlı olmadığını vurğulayıb. “Təəssüf doğuran bəyanatı rədd edir və tarixi yanlışlıqda israr edənləri qınayırıq”, – deyə nazirlikdən bildirilib.

KİMMövlud Çavuşoğlu
MƏNBƏTwitter
Öncəki xəbərTürkiyə Ordusu İraqın şimalında toplam 54 terrorçunu məhv edib
Sonrakı xəbərAzərbaycan XİN: Bayden qondarma “erməni soyqırımı”nı siyasiləşdirməyə çalışır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın