“Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji bir dəyər və ölçüyə yüksəlib”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Türkiyənin Azərbaycana təyin olunan səfiri Cahid Bağçının səfirliyin “Facebook” səhifəsində yerləşən müraciətində deyilir:

“Son zamanlar münasibətlərimizin bütün sahələrində böyük irəliləyiş əldə edilib. O dövrdə “Əsrin müqaviləsi” olaraq təyin olunan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərindən sonra enerji sahəsində tədarük güvənliyi və müxtəlifliyi baxımından regional və qlobal önəm daşıyan Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) və Trans Adriatik boru kəməri (TAP) fəaliyyətə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolu həm də Türkiyə və Azərbaycanın rəhbərliyi altında bölgədə nəqliyyat şəbəkələrinin inkişafı baxımından önəmli potensialı olan bir xətdir”.

Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan bölgənin güvənliyinə və sabitliyinə qatqı sağlamaq üçün bütün imkanlarını və güclərini birləşdiriblər:

“İkitərəfli əməkdaşlığımızın bu qədər inkişaf etdiyi və bir çox yeni fürsətlərin yarandığı belə bir tarixi dövrdə Türkiyənin Bakıdakı səfiri kimi xidmət etmək mənim üçün böyük şərəfdir. Bu işin önəmliliyini və məsuliyyətini anlayaraq bütün həmkarlarım, əlaqədar qurum nümayəndələri və mülki strukturlarla birlikdə çox ciddi səylə, səmimiyyətlə və fədakarlıqla münasibətlərimizi daha da gücləndirməyə çalışacağıq.

Səfirliyimizin bu səyləri Naxçıvan və Gəncədəki fəal konsulluqlarımız və Lənkərandakı Fəxri Konsulluğumuz tərəfindən dəstəklənir”.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Hərbi Qənimətlər Parkında oldu

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Hərbi Qənimətlər Parkında olub. Bununla bağlı diplomat özünün “Twitter” səhifəsində paylaşım edib.

“Dünən Qafqaz İslam Ordusu, Xocalı və Qarabağ şəhidlərimizin mənəvi hüzurunda idik.

Bugün isə Qarabağın erməni işgalından azad edilməsindən sonra yaradılan Hərbi Qənimətlər Parkındayıq.

Zəfəriniz mübarək olsun, qardaşım”, – deyə səfir qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın