Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da çıxış etməyə başlayıblar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, smart robotlar uşaqları yüksək texnologiyaların hökm sürəcəkləri gələcəyə hazırlayacaqlar. Smart robotların uşaq bağçalarına inteqrasiya edilmələri pilot layihənin bir hissəsidir. Seul təmsilçilərinin sözlərinə görə yaradılmış yeni pilot layihəsi yeni nəsil insanları qəliz texnologiyalar ilə əhatə olunacaq yeni zamana hazırlayacaq. 

Alpha Mini adlı robot mahı oxuya, rəqs edə, maraqlı hekayələr danışa və hətta kunq fu döyüş sənətini öyrədə bilər. Onun ölçüsü olduqca kiçikdir. Belə ki, robotun hündürlüyü cəmi 24,5 sm təşkil edir. Sözügedən robot uşaqlara sadə hərəkətləri sərgiləyir. Məsələn, bunların arasına bir ayaq üstə durmaq, ya da əl və ayaqların köməyi ilə yerdən təkan hərəkətləri var. Daha sonra isə uşaqlar həmin hərəkətləri təkrar edirlər.

Bu robotun mexaniki gözləri göz qırpmaq funksiyasına da sahibdir. Onlar uşaqlarla ünsiyyətdə olduqları zaman isə onların gözləri ürək formasına çevrilir. Alpha Mini həmçinin fotolar da çəkə bilir. Belə ki, robotun alın hissəsində kamera obyektivi yerləşdirilib. Çəkilmiş fotolar isə dərhal planşetə ötürülür.

Bu robotlar Seulun 300 uşaq bağçasında istifadəyə veriləcək. Seul təmsilçiləri pilot layihəni 3 yaşından 5 yaşına kimi olan uşaqlar üçün məsləhət görüblər. “Gələcəkdə süni zəka və onunla bağlı alətlərdən necə istifadə etmək lazım olduğunu bilmək vacib məsələ olacaq. Biz düşünürük ki, uşaqların uşaq bağçalarında əldə etdikləri bu təcrübə onların bütün cavan və yetkinlik həyatlarına müsbət təsir göstərəcək” – deyə Seul təmsilçilərindən biri vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın