Ermənistanın cəbhədə ard-arda uğursuzluğu yerli siyasi-hərbi hakimiyyətdə xaosun yaranmasına səbəb olub. Bunu gündəlik Ermənistan mətbuatında çıxan ictimai-siyasi proseslərlə bağlı xəbərlərdən aşkar şəkildə görmək olur.

Öncə onu bildirək ki, hakimiyyət daxilində bir-birinə zidd fikirlər səsləndirilir. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətinin zəifliyi artıq həmin ölkənin prezidenti Aram Sarkisyanla sözlərinin üst-üstə düşməməsindən duyulur.

Armen Sarkisyan
Armen Sarkisyan – Ermənistan Respublikasının Prezidenti

Paşinyan dəfələrlə bildirib ki, Türkiyə münaqişədə onlara əngəl olan tərəfdir (halbuki Türkiyənin dəstəyi mənəvi və diplomatik dəstəkdən o tərəfə keçmir – S.M.). Ancaq Ermənistan prezidenti deyir ki, Moskva ilə Ankara arasında birgə əməkdaşlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilər. Bu, Ermənistan hakimiyyətində vahid mövqenin olmadığı anlamına gəlir.

Başqa bir-birinə zidd məqam isə odur ki, Ermənistanla separatçı respublikanın qondarma rəhbərliyinin fikirləri üst-üstə düşmür. Məsələn, rəsmi İrəvan mətbuat katibləri vasitəsilə məlumatları gizlətməyə çalışır. Separatçılar isə Azərbaycan Ordusunun artıq cəbhədə yetərincə irərilədiyini etiraf etməyə başlayıb.

Məntiqlə Ermənistandan Dağlıq Qarabağa cəbhəyə yardım üçün silah gətirilməlidir. Ancaq Ermənistanda bu da tərsinə yerinə yetirilir. Belə ki, cəbhədən əsgərlər qaçır və həmin silahlarla Ermənistan ərazisində peyda olurlar. Bu isə Ermənistanda silahlı insanlarının sayının çoxalması deməkdir və heç kim zəmanət verə bilməz ki, bu insanlar yaxın gələcəkdə hər hansısa silahlı qiyamda iştirak etməyəcəklər.

Araik Arutyunyan
Araik Arutyunyan – qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti

Qarabağdakı quldur rejimin öz daxilində də xaos hökm sürür. Özünü “lider” adlandıran Araik Arutunyandan xəbər-ətər yoxdur, onun sağ olub-olmadığı bilinmir.

Qondarma qurumun “müdafiə naziri” Cəlal Arutyunyan da onun kimi. Onun əvəzlənməsi artıq öldüyünü deməyə əsas verir. C.Artyunyanın müavini Artur Sarkisyanın isə məhv edilməsi dəqiqdir və bunu erməni tərəfi də etiraf edib. Çox sayda zabitlərin isə Qarabağdan qaçdığına dair faktlar var.

Yaranmış xaosda erməni tərəfi yalnız saxta xəbərlər yaymaqla məşğuldur. Ancaq artıq bu proses də o qədər xaotik xarakter alıb ki, ermənilər özləri öz feykəri arasında çaş-baş qalıblar. Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyan Qarabağda “sayca üçüncü muzdlu terrorçu”nun yaxalandığını və hətta, artıq dindirildiyini də bəyan edib. Ancaq bir az sonra üzr istəyərək xəbərin təsdiqlənmədiyini deyib.

Göründüyü kimi, Ermənistan tərəfi məğlubiyyətlər fonunda başını itirib. Növbəti günlərdə Ermənistan tərəfinin daha gülünc qərarlar verəcəyi gözlənilir. Səbirsizliklə gözləyək…

Səbuhi Musayev

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın