Ukrayna Ordusu Kiyev vilayətinin Buça şəhərini Rusiya hərbçilərindən geri alıb və yerli şəhər şurası yaxınlığında Ukrayna bayrağı qaldırılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukraynanın Quru Qoşunları hadisənin görüntülərini yayıb:

“Ukrayna Silahlı Qüvvələri Kiyev ətrafında rus işğalçılarını sıxışdırmaqda davam edir. Dünən düşmən İvankovu tutmağa çalışsa da, əsgərlərimiz onların qarşısını kəsib. İndi isə qəsəbə uğrunda döyüşlər gedir”.

Ancaq Ukrayna Ordusu Kiyevin 20 km. yaxınlığında olan Buça şəhərini Rusiya hərbçilərindən azad edib. İndi artıq Ukrayna bayrağı şəhərin üzərində dalğalanır. “Buça şəhəri martın 3-də… Şəhərin üzərində Ukrayna bayrağını qaldırırıq”, – deyə Ukrayna Ordusunun hərbçiləri bildirib.

Ukrainian Man Films Devastation In His Town After Russian Military Column Destroyed

Солдаты подняли флаг Украины над Бучей

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın