Braziliyanın Rio-de Janeyro əyalətinin dağlıq Petropolis şəhərində yaşanan sel və torpaq sürüşmələrindən sonra ötən həftə başlayan axtarış-xilasetmə işləri artıq 9-cu gündürki davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 198-ə çatıb, 69 nəfərin itkin düşdüyü açıqlanıb.

Mülki Müdafiə İdarəsi şiddətli yağışlar səbəbindən şəhərdə əksəriyyəti torpaq sürüşməsi olmaqla, 1800 hadisənin baş verdiyini, 811 nəfərin isə sığınacaqlarda qaldığını açıqlayıb.

Ştat qubernatoru Klaudio Kastro bölgənin 1932-ci ildən bəri ən güclü yağıntıya məruz qaldığını bildirib.

Petrópolis: Número de mortos sobe para 198; mais de 60 estão desaparecidos
MƏNBƏHaber Global
Öncəki xəbərİlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdü
Sonrakı xəbərAndrey Şevçenko: Son 30 ildə bir millət kimi formalaşmışıq!
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın