“Xəzər regionu bizim üçün çox önəmlidir. Bu, enerji daşıyıcılarının nəqli üzrə təhlükəsiz marşrutdur”.

YALAN.info bildirir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Cons Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda bildirib.

“Bu gün, böyük kapitalın qoyulduğu və layihələrin həyata keçirildiyi təmiz enerji haqqında da danışmalıyıq”, – o deyib.

Onun sözlərinə görə, Azəri-Çıraq-Günəşli yataqlarında çox sayda işlər görülür. “Yeni texnologiyalar tətbiq edilməlidir və bu sahədə işlər aparılır. Atmosferə zərərli tullantıların atılmasını azaltmaq üçün texnologiyalardan istifadə edilməlidir”, – BP-nin regional prezidenti diqqətə çatdırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın