11 sentyabr 2001-ci ildə Dünya Amerika Birləşmiş Ştatlarında baş vermiş qorxunc olaydan xəbər tutdu. Mətbuatda dörd təyyarənin terrorçular tərəfindən qaçırıldığı bildirilirdi. Onlardan birinin Pensilvaniyada qəzaya uğradığı, başqa biri “Boeing”in Pentaqona istiqamət götürdüyü də bildirilirdi. Digər iki təyyarə isə Dünya Ticarət Mərkəzinin qüllələrinə arxadan dəyərək “göydələnlər”in dağılmasına səbəb oldu.

Kembric Universitetinin fizika bölməsi üzrə fəlsəfə elmləri doktoru Con Vayndhem bildirib ki, əslində, burada heç bir təyyarə olmayıb və baş verənlər Dünya Ticarət Mərkəzinin dağıdılmasna yönəlik çəkilişdən başqa bir şey deyil. ABŞ hakimiyyətinin qüllələrin məhv edilməsi barədə ictimaiiyyətdə inam yaratmasının xüsusi səbəbləri vardı. Ancaq əslində, Dünya Ticarət Mərkəzinə minalar qoyulmuşdu.

Çəkilişə aşağı sürətlə baxdıqda aydın olur ki, Dünya Ticarət Mərkəzinin qülləsinə dəyən təyyarə sanki, bıçaq yağı kəsən kimi bir tərəfdən girib digər tərəfdən çıxır. Con Vayndhem iddia edir ki, çəkilişdə göstərilən təyyarə adi qoloqramdır.

Digər faktı da qeyd edək ki, Dünya Ticarət Mərkəzi Kompleksinin üçüncü qülləsi dağılsa da, ona heç bir təyyarə dəyməmişdi. Sözügedən bina hansısa yeddi saniyə müddətində çöksə də, əslində o, elə inşa edilmişdi ki, fırtına, sunami və ən ağır zəlzələyə qarşı belə tab gətirməli idi. Bu bina güclü metal konstruksiyaya malik idi.

Bəs əkiz binaların partladılması kimə və nə üçün lazım idi? Con Vayndhem bu suala da cavab verir. Onun sözlərinə görə, faciəli hadisədən altı həftə öncə daşınmaz əmlak bazarında böyük oyunçu kimi tanınmış Larry Silverstein adlı bir nəfər “göydələnlər”ə sahib olur. Larry Silversteinin “göydələnlər”ə sahib olması rəqiblərini təəccübləndirir.

Dünya Ticarət Mərkəzi “ağ fil” adlanırdı və onu saxlamaq çox baha başa gəlirdi. “Ğöydələnlər”in əvvəlki sahibləri binaları dağıtmaq və yerində səmərəli şəkildə mənzillər inşa etmək istəyirdilər. Amma şəhərin hakimiyyət orqanları binaların dağılması nəticəsində Manhetteni kanserogen asbest tozunun örtəcəyindən qorxaraq buna icazə verməmişdilər. Vətəndaşların sağlamlığına dəyən zərər haqda məhkəmə tələbləri şəhərin büdcəsini məhv edə bilərdi.

Bəzi insanları Dünya Ticarət Mərkəzi – “göydələnlər” çox rahatsız edirdi. Və qəfldən hökumət çevrələri ilə yaxın əlaqəsi olan Larry Silverstein kimi bir biznesmen peyda oldu. Larry Silverstein nəinki icarə müqaviləsi bağladı, həm də sığorta dəyərinin inanılmaz dərəcədə qaldırılmasına nail oldu. Nəticədə, Silverstein Dünya Ticarət Mərkəzinin dağılmasından səkkiz milyard dollardan çox gəlir əldə etdi. Onu da qeyd edək ki, dağıntının aradan qaldırılması zamanı heç bir təyyarə hissəsi aşkar edilmədi. Təyyarələr sanki havaya buxarlanmışdı. Yada salaq ki, Dünya Ticarət Mərkəzinin dağılması nəticəsində 2600-dən artıq insan həlak oldu.


ВТОРАЯ ПРАВДА ПРО 11 СЕНТЯБРЯ. Расследование с нуля.

11 Sentyabr hadisəsi haqqında maraqlı faktlar:

  • New York City 11 hərfdən əmələ gəlir.
  • Əfqanıstan 11 hərfdən əmələ gəlir.
  • Ramsin Yuseb (1993 cü ildə əkiz binaları hədələyən terroristin adıdır). 11 hərfdən əmələ gəlir.
  • George W. Bush 11 hərfdən əmələ gəlir.
  • New York, Amerikanın 11-ci əyalətidir.
  • Əkiz binalara çırpılan ilk təyyarənin uçuş nömrəsi 11 dir.
  • 11 nömrəli təyyarə 92 sərnişin daşıyırdı: 9+2=11.
  • Nömrəsi 77 olan və binaya çırpılan ikinci təyyarədə 65 sərnişin vardı: 6+5=11.
  • Hadisə 11 sentyabrda, yəni 9/11 də meydana gəldi: 9+1+1= 11.
  • 911 eyni zamanda Təcili Yardım nömrəsidir: 9+1+1=11.
  • 11 sentyabr ilin 254-cü günüdür: 2+5+4=11.
  • 11 sentyabrdan ilin sonuna 111 gün qalır.
  • Madriddəki 2004-cü il martın 13-də baş verən terror “əkiz binalara” olan hücumdan 911 gün sonra baş verdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın