Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsinin təqdimatında Qarabağ atları Böyük Britaniyada keçirilən “Royal Windsor Horse Show” adlı toplantıda göstərilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, APA-nın London müxbirinin verdiyi xəbərə görə, şou proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunub.

Land of Fire- Azerbaijan by The Equestrian Federation of Azerbaijan

Royal Windsor Horse Show – Azerbaijan Turks in England

Britaniya Kraliçası II Elizabetin doğum gününə keçirilən toplantıda “Land of Fire – Azerbaijan” adı ilə təqdim olunan özəl proqram da yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun başçılıq etdiyi “Natiq” ritm qrupunun müşaiyəti altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində gözəl igidlik hərəkətləri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən qrup və iki gənc rəssam iştirak ediblər.

Qarabağ Atları Böyük Britaniyada keçirilən toplantıda
Qarabağ Atları Böyük Britaniyada keçirilən “Royal Windsor Horse Show” toplantısında

Toplantını izləyənlər arasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də olub. Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşüb və tuncdan hazırlanmış Qarabağ atı heykəlini Azərbaycan nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim edib.

Onu da vurğulayaq ki, “Royal Windsor Horse Show” atçılıq toplantısı bu il 75 illik yubileyini keçirir. Kraliçaya aid “Windsor” qəsri 1956-cı ildə ilk dəfə Qarabağ atı – “Zaman” ilə tanış olub. Həmin il məhz II Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın