Böyük Britaniya hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.

YALAN.info bildirir ki, Böyük Britaniya hökumətinin saytında yer alan xəbərə görə, “Qazprombank”, “Rosselxozbank”, “Alfabank”, “SMP-Bank”, Rusiya Dəmir Yolları, “Sovkomflot”, “Rushidro”nun da daxil olduğu siyahıya toplam 59 şəxs və qurum daxil edilib.

Barəsində sanksiyalar tətbiq edilən fiziki şəxslər arasında “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov, “Sberbank” İdarə Heyəti sədrinin birinci müavini Lev Xasis, Roman Abramoviçin biznes ortağı Yevgeni Şvidler, həmçinin İqor Seçinlə Nikolay Patruşevin oğulları var.

Qeyd edilir ki, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətlərə görə tətbiq edilən sanksiyalar ölkəyə girişin qadağan edilməsini, həmçinin bütün vəsaitlərin və aktivlərin bloklanmasını əhatə edir.

B.Conson: “Qərb Rusiyaya qarşı sanksiyaları artırmaqdan çəkinməyəcək”

“Qərb Rusiyaya qarşı sanksiyaları artırmaqdan çəkinməyəcək və Kremlin aqressivliyinin artması səbəbindən Ukraynaya müdafiə hərbi yardımını davam etdirəcək”.

“SkyNews”un xəbərinə görə, bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

Boris Conson Putinin Ukraynaya genişmiqyaslı işğala başlamaq qərarını onun fəlakətli səhvi adlandırıb. O, qeyd edib ki, bu tezisi hər gün Ukrayna xalqının qəhrəmancasına müqaviməti təsdiq edir.

O, həmçinin bildirib ki, Rusiya Avropanın “İkinci Dünya Müharibəsindən, “Üçüncü Reyx”dən bu günə kimi” görmədiyi səviyyədə hərbi cinayətlərlər törədir.

Onu da yada salaq ki, bir müddət öncə Böyük Britaniya Rusiya və Belarus mallarının ölkəyə idxalını məhdudlaşdırıb. İlik idxal dəyəri 900 milyon funt sterlinqdən çox olan mallara əlavə 35 % gömrük rüsumu tətbiq etməyə qərar verilib. Söhbət dəmir, polad, gübrə, taxta, dəmir yolu qabları, sement, mis, alüminium, gümüş, qurğuşun, avtomobil, gəmi, araq, sirkə, şüşə və şüşə qablar, sənət əsərləri və əntiq əşyalar, xəzlər, ağ balıq və b. kimi məhsullardan gedir.

Britaniya XİN başçısı: “Rusiyanın iqtisadiyyatını zəiflətməyə davam edəcəyik”

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass özünün Twitter səhifəsində Rusiyanın heç bir əsas və səbəb olmadan Ukraynanı işğal etməyə başlamasından bir ay ötdüyünü yazıb.

“Biz Ukraynanı dəstəkləmək, Kremlin iqtisadiyyatını zəiflətmək və Rusiya təcavüzünün qarşısını almaqdan ötrü müttəfiqlərlə birgə işləməyə davam edəcəyik”, – o bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın