Böyük Britaniyanın Baş naziri Boris Conson İcmalar Palatasının komitəsində millət vəkillərinin suallarını cavablandırarkən “Bayraktar TB2” PUA-larını yada salıb.

YALAN.info bildirir ki, Boris Conson tədarük etdikləri “STARStreak” yüksək sürətli hava hücumundan müdafiə raketlərinin və Türkiyədən alınan adıçəkilən PUA-larının Ukraynadakı müharibədə önəmli rol oynadığını bildirib.

Hökumət başçısı Rusiyaya qarşı sanksiyaların ölkə hərbçilərinin Ukraynadan çıxanadək davam etdirilməli olduğunu qeyd edib. Conson, həmçinin ölkəsinin Ukrayna xalqına dəstəyini artıracağını vurğulayıb.

ABŞ prezidenti Co Baydenin Putinlə bağlı “Bu adam hakimiyyətdə qalmamalıdır” sözlərini yada salan Conson İngiltərənin Rusiyadakı rejimi dəyişdirmək, ya da Putini devirmək məqsədi daşımadığını bildirib. “Biz, şübhəsiz ki, barbar və əsassız zorakılıqdan qorunmaq üçün kömək etməyə çalışırıq. Sədəcə olaraq, Ukrayna xalqını müdafiə edirik və onlara kömək edirik”, – fikirlərini səsləndirib.

MƏNBƏHaber Global
Öncəki xəbərBMT Rusiya-Ukrayna danışıqları üçün göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür etdi
Sonrakı xəbərZelenski bir neçə səfiri geri çağırdı: Sanksiya yoxdur, başqa iş axtarın
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın