Böyük Britaniyanın baş naziri Boris Conson (Boris Johnson) bir neçə cümlə ilə Rusiya əhalisinə rus dilində video-müraciət edib.

YALAN.info bildirir ki, Ukraynanın Buça, İrpin və başqa şəhərində baş vermiş insan faciəsinə toxunan Boris Conson deyib:

“Rusiyalılar həqiqəti bilməyə layiqdir. Sizin faktlardan xəbərdar olmağa haqqınız var. Rusiyalı hərbçilərin Buça, İrpin və Ukraynanın başqa şəhərlərində törətdikləri vəhşiliklər bütün dünyanı dəhşətə gətirib. Mülki şəxslərin əllərini bağlayıb onları güllələyiblər, qadınları azyaşlı uşaqların gözü qarşısından zorlayıblar, yandırılmış insan meyitləri sadəcə küçələrə atılıb”.

“Sübutlar o qədər şokedici, tükürpədicidir ki, hökumətinizin bütün faktları sizdən gizlətməsi təəccüblü deyil. Prezidentiniz bilir ki, əgər siz olanları görsəniz, onun müharibəsini dəstəkləməyəcəksiz. Ancaq mən sizi mənə inanmağa çağırmıram. Dünyanın istənilən yerindən müstəqil informasiya almaq üçün VPN bağlantısı əldə edin”, – baş nazir deyib.

“Həqiqətləri öyrəndikdən sonra onu öz yoldaşlarınızla paylaşın. Sizin prezidentiniz hərbi cinayətlər törətməkdə günahlandırılır. Ancaq mən inanmıram ki, o, sizin adınızdan hərəkət edir”, – deyə Boris Conson fikirlərini rus dilində tamamlayıb.

‘You deserve the truth’: Boris Johnson addresses Russians directly about Ukraine war

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın