Britaniyanın Baş naziri Boris Conson Ukrayna hərbçilərinin təlim keçdiyi poliqonu ziyarət edib.

YALAN.info bildirir ki, bununla bağlı videonu Böyük Britaniya hökuməti yayımlayıb.

“Bu həftə mən Şimali Yorkşirdə Britaniya Silahlı Qüvvələrində təlim keçən Ukrayna əsgərlərinə baş çəkdim. Böyük Britaniya Ukraynaya Rusiyanın təcavüzünü dəf etmək üçün əlindən gələn köməkliyi etməkdə qərarlıdır”, – deyə videonun başlığında deyilir.

Kadrlarda Consonun küçə döyüşü ilə məşğul olan bir qrupla görüntüləri yer alıb. Görüntülərdə baş nazirin necə təlim qumbarası atdığını, iriçaplı pulemyotun arxasına keçdiyini və NLAW tank əleyhinə kompleksi işə saldığını görmək olur. “Mən əminəm ki, siz qalib gələ bilərsiniz və qalib gələcəksiniz. Şərəfli Ukrayna! Şərəfli igidlər!”, – baş nazir Ukraynaları hərbçilərlə görüşdə bildirib.

PM Boris Johnson joins Ukrainian & British troops on a military exercise
Öncəki xəbərFransa ənənəvi “erməni soyqırımı” yalanlarına sarılma siyasətini davam etdirir
Sonrakı xəbərHRW: Rusiya hərbçiləri Xerson və Zaporojyedə insanları oğurlayır və işgəncə verir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın