Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ölkəsində hökumət başçısı postu uğrunda başlanmış seçki kampaniyasından danışıb.

YALAN.info bildirir ki, o, indi gərgin mübarizənin getdiyi deyib.

“Bütün bunlar haqqında daha çox danışmaq istəmirəm. Çünki kiminsə şansına mane olmaq istəməzdim”, – B.Conson deyib. O, həmçinin davamçısının kim olacağı ilə maraqlanmadığını söyləyib: “Bu, indiki məqamda mənim işim deyil. Mən bilirəm ki, bu vəzifəyə gəlməyindən, nə baş verməsindən asılı olmayaraq, davam etdiriləcək böyük bir gündəm var”.

Yada salaq ki, B.Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən iyulun 7-də vəzifəsindən istefa verib. O, yeni Baş nazir seçilənədək bu postu müvəqqəti yerinə yetirəcək. Bu vəzifəyə ən real namizədlərdən biri xarici işər naziri Liz Trasdır. O, qalib gələcəyi halda Rusiyanın Ukraynadakı müharibədə uduzacağını təmin edəcəyinə söz verib.

Onu da bildirək ki, Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin Baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq. “Nəticə sentyabrın 5-də açıqlanmalıdır, bu, parlament yay tətilindən qayıdanda baş verəcək” – deyə, növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan Parlament 1922-ci il Komitəsinin rəhbəri Qrem Bredi bildirib.

Öncəki xəbərRusiyanın raket atəşi nəticəsində Çasov Yarda ölənlərin sayı 30-a çatıb
Sonrakı xəbərOleq Starikov: Tərəflərdən birini tükəndirəcək müharibə başlayır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın