Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində mülki əhalinin itkiləri ilə bağlı yenilənmiş məlumatları dərc edib.

“Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (UNHCHR) İdarəsi 2022-ci il fevralın 24-dən martın 9-u gecə yarısına qədər 1506 ölüm faktı qeydə alıb. Həmçinin bu müddət ərzində Ukraynada mülki şəxslərdən 549 nəfər ölüb, 957 nəfərsə yaralanıb”, – deyə təşkilatın məlumatında bildirilib.

Qeyd olunub ki, ölən 549 nəfərin 101-i kişi, 67-si qadın, 6-sı qız və 9-u oğlan, o cümlədən cinsini müəyyən etmək mümkün olmayan 26 uşaq və 340 böyükdür.

Həmçinin 957 yaralı arasında 81 kişi, 64 qadın, 14 qız və 4 oğlan, o cümlədən cinsini müəyyən etmək mümkün olmayan 34 uşaq və 760 böyük var. Bundan başqa, hesabata görə, Ukrayna hökumətinin nəzarətində olmayan ölkə ərazisində 139 belə hal (24 ölü və 115 yaralı) qeydə alınıb.

“Qeyd edilmiş mülki itkilərin əksəriyyəti geniş təsir sahəsi olan partlayıcı silahlardan, o cümlədən ağır artilleriyadan və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən atəş, həmçinin raket və hava zərbələri nəticəsində baş verib”, – məlumatda qeyd olunub.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi hesab edir ki, gərgin döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumatların qəbulunda gecikmə olduğu və bununla bağlı məlumatların olduğu yerlərdən mülki itkilərlə bağlı çoxlu xəbərlər gəldiyi üçün, özəlliklə də nəzarət edilən ərazidə real rəqəmlər daha çoxdur.

KİMVioletta Orlova
MƏNBƏUNIAN
Öncəki xəbərKatalin Novak Macarıstanın ilk qadın prezidenti oldu
Sonrakı xəbərİlham Əliyev Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın