Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Ukraynada müharibə zamanı 1,8 mindən çox mülki şəxs həlak olub.

YALAN.info bildirir ki, bununla bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

“Rusiya Federasiyasının Ukraynaya silahlı hücumunun başladığı 24 fevral saat 04:00-dan indiyədək Ukraynada 1 842 mülki vətəndaş ölüb, 2 493 dinc sakin isə yaralanıb”, – hesabatda göstərilib.

Ölən 1 842 nəfərin 474-ü kişi, 301-i qadın, 28-i qız, 50-si oğlandır, həmçinin 70 uşaq və 919 yetkin şəxsin cinsiyyəti hələ müəyyən edilməyib.

2 493 yaralının isə 287-si kişi, 216-sı qadın, 49-u qız və 50-si oğlandır, o cümlədən cinsiyyəti hələ tam dəqiqləşdirilməmiş 134 uşaq və 1 757 yetkin şəxs var.

Bəzi rayonlarda ərazinin minalanması səbəbindən mülki əhali arasında itkilərin sayının hesablanması mümkün deyil.

Öncəki xəbərAvropa Birliyi neft sektorunda Rusiyaya qarşı sanksiyaları genişləndirib
Sonrakı xəbərFransada seçici səslərinin 100 %-i sayıldı: Makron və Le Pen ikinci turda
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın