BMT-nin baş katibi Antoniu Quterreş Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi Konfransının açılışında dünya liderlərini və ictimaiyyəti təbiətə ayaqyolu kimi yanaşmamağa çağırıb.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bununla bağlı dünyanın ən böyük qurumu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadən xəbər verir.
“Biomüxtəlifliyə qarşı sərt rəftar yetər. Karbon qazı ilə özünüzü öldürmək yetər. Təbiətlə ayaqyolu kimi davranmaq yetər. Yerin təkini yandırmaq, qazmaq, genişləndirmək yetər. Biz öz məzarlarımızı qazırıq”, – Quterreş bildirib.
O əlavə edib ki, artıq iqlim dəyişiklikləri baş verir. Son 30 il boyunca dünya okeanlarının səviyyəsinin qalxma sürəti iki dəfə artıb, okeanlar həmişəkindən önəmli dərəcədə istiləşib. Quttereşin sözlərinə görə, okeanlar 2015-ci ildə Paris İqlim Anlaşmasının bağlanmasından sonrakı altı il boyunca Yer kürəsində indiyədək müşahidə müddətində ən isti olublar.