“Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən toqquşmalar 2020-ci ildən bəri ən ciddi gərginlikdir. Bu gərginlik sərhədin delimitasiyası prosesinin önəmini göstərir”.

YALAN.info bildirir ki, bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən toplantısında Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib.

“Biz artan gərginlikdən rahatsızıq. Bu gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq”, – o vurğulayıb. M.Yença ötən gün atəşkəs rejiminin elan olunmasını alqışlayıb və tərəfləri buna əməl etməyə çağırıb.

Baş katibin köməkçisi yada salıb ki, Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar hər iki tərəfdən itkilərə səbəb olub: “Belə ki, Azərbaycan tərəfdən 71 əsgər həyatını itirib, 2 mülki şəxs yaralanıb”.

“Sərhəddəki indiki gərginlik regionda sabitliyi poza bilər. Sülh yolu ilə nizamlanma üzrə işi davam etdirmək önəmlidir. Bu yöndə beynəlxalq səyləri tam dəstəkləyirik. BMT tərəflərlə sıx əlaqə saxlayır”, – deyə o vurğulayıb. M.Yença Azərbaycan və Ermənistanı sülh müqaviləsinin imzalanması üçün addımlar atmağa çağırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın