“BMT, Dünya Bankı və Avropa Birliyinin birgə qiymətləndirmə missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər”.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov özünün Twiter hesabında yazıb.
“Səfər zamanı ekspertlərə şəhərlərin dağıdılmış tarixi abidələri göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib”, – Prezidentin xüsusi nümayəndəsi əlavə edib.
Experts of #theUN, #theWorldBank and #theEuropeanUnion's joint assessment mission #visit/ed #Agdam and #Fuzuli. During the visit, the experts were shown the monuments destroyed during the occupation and were informed about the future #development plan. https://t.co/gHM1utUlg2
— Emin Huseynov (@Emin_H_official) March 12, 2022