BMT Moskva, İrəvan və Bakı arasındakı anlaşmanı alqışlayır və bəyanatın şərtlərinin həyata keçirilməsində tərəflərə yardım etmək üçün hər şeyi edəcəkdir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti”nin məlumatına görə, bu sözləri BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz etdiklərinə görə Rusiya hakimiyyətinə çox minnətdarıq”, – deyə S.Düjarrik bildirib.

O, BMT Baş katibi Antonio Quterreşin əldə edilən anlaşma ilə əlaqədar olaraq “rahat nəfəs aldığını” qeyd edib.

“Rahatlıq duyğumuz bunun mülki əhalinin əzablarına son qoyacağı ümidi ilə bağlıdır. Bu anlaşmanın əldə olunmasını alqışlayırıq. Bu müqavilələrin həyata keçirilməsində tərəflərə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə BMT Baş katibinin rəsmi nümayəndəsi bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın