BMT Baş katibi Antoniu Quterreş Ukraynada pravoslav xristianların Pasxa bayramını qeyd etməsi ilə əlaqədar aprelin 21-dən etibarən dörd gün müddətinə humanitar atəşkəsə çağırıb.

YALAN.info bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş tərəfləri mülki əhali arasında tələfatın, evlərin və mülki infrastrukturun dağılmasının qarşısını almağa çağırıb.

“Bir sıra humanitar dəhlizlərin açılmasını təmin etmək üçün dörd günlük fasiləyə çağırıram”, – Baş katib deyib. Quterreş bildirib ki, Ukraynada Pasxa atəşkəsi olacağı halda BMT Mariupol, Xerson, Donetsk və Luqanska humanitar konvoylar göndərməyə hazırdır.

Ukrayna və Rusiyaya səfər edən BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits humanitar atəşkəsin mümkünlüyü və humanitar xəbərdarlıq mexanizminin gücləndirilməsi məsələsini müzakirə edib, BMT-nin bu sahədəki səyləri ilə bağlı geniş danışıb. Belə mexanizm yardımın təhlükəsiz çatdırılmasına və mülki şəxslərin döyüş bölgələrindən çıxarılmasına imkan verir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın