BitMart adlı kriptovalyuta birjasını hack etmiş hackerlər toplam dəyəri 150 milyon dollar olan müxtəlif kriptovalyutalar oğurlaya biliblər. Baş vermiş kiberhücumla bağlı xəbəri PeckShield adlı şirkət verib.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər aşkar ediblər ki, 4 dekabr tarixində hackerlər Ethereum şəbəkəsindən təqribi olaraq 100 milyon dollar vəsait əldə edə biliblər. Daha sonra əlavə olaraq Binance Smart Chain sistemindən 96 milyon dollar vəsaitin çıxarıldığı məlum olub.

PeckShield şirkətinin hesablamalarına görə birja toplam 196 milyon dollar vəsait itirib. Toplamda 30-a yaxın müxtəlif kriptovalyuta oğurlanıb. Onların arasında Binance Coin, Baby Doge Inu, Floki Inu və Moonshot kimi kriptovalyutalar olub.

Oğurlanmış vəsaitlər Ethereum-a konvertasiya edilib və 1 inch adlı valyuta məzənnəsi vasitəsilə çıxarılıb. BitMart birjasının təmsilçiləri baş vermiş kiberhücumu ilk öncə təsdiqləməyiblər. Müəyyən müddət ərzində birjanın Telegram kanalındakı moderatorlar kiberhücumla bağlı xəbərlərin saxta olduqlarını bildirirdilər.

Ancaq daha sonra birja baş vermiş kiberhücumu təsdiqləyib. Lakin birjanın verdiyi məlumata görə, oğurlanmış vəsaitin miqdarı 150 milyon dollar təşkil edib. Birja bildirib ki, o, investorların oğurlanmış vəsaitlərini öz hesabına qaytaracaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın