Bu ilin hazırlıq planına uyğun olaraq “Birinci zabit komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Mərasimdə öncə ulu öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıblar, kursu müvəffəqiyyətlə bitirənlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub. Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Azərbaycan MN Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam etdirildiyini bildirir.

MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərAzərbaycan və Bolqarıstan prezidentlərinin Sofiya şəhərində görüşü oldu
Sonrakı xəbərVladimir Putin Ukraynanın dörd bölgəsini Rusiya ərazisinə birləşdirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın