“Microsoft” şirkətinin qurucusu, iş adamı Bill Qeyts (Bill Geyts) bəşəriyyəti yeni pandemiyanın meydana çıxacağı ilə bağlı xəbərdar edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, milyarder aktrisa Rəşidə Cons (Rashida Jones) və ABŞ-ın baş infeksionisti Entoni Fauci (Anthony Fauci) ilə koronavirus (COVID-19) pandemiyasını və onun meydana gətirdiyi dəyişiklikləri müzakirə edib.

Söhbət əsnasında R.Cons ondan yeni pandemiya ilə bağlı soruşub. “Hə, bu iyirmi ildən sonra baş verərsə, şanslıyıq”, – deyə Qeyts cavab verib. O, yeni pandemiyanın daha erkən – üç ildən sonra baş verə biləcəyi ilə bağlı bir ssenarinin olduğunu da diqqətə çatdırıb. Buna baxmayaraq, Qeyst növbəti dəfə pandemiyaya hazır olmağı məsləhət görüb: “İkinci dəfə biz belə axmaq olmayacağıq”.

Milyarder infeksiyanın zəifləməsinin peyvənd istehsalının artması ilə əlaqədar olacağını söyləyib. Yalnız bundan sonra bəşəriyyət “tunelin sonunda işıq” görəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın