Rusiyalı siyasətçi Aleksey Navalninin həyati təhlükəsi yoxdur. Bununla belə, aparılan analiz testlərinin nəticəsində onun orqanizmində zəhərləndiyinə dair izlər aşkarlanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, “Euronews” xəbər verir ki, bununla bağlı Berlində yerləşən “Charite” klinikasından bildirilib.

Qeyd edilib ki, klinik araşdırmaların nəticələri Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalninin xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir.

Həmçinin məlumatda bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyətinin ağır olsa da həyatı üçün kəskin təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.

Qeyd edək ki, rusiyalı müxalifətçi, “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalni təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb.

Он вам не Димон

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın