ABŞ Prezidenti Cozef Bayden Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ağ Ev Administrasiyası xəbər verib. Fərman ABŞ-dan qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikası (LXR) malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.

“DXR və LXR-in tanınması Rusiya Federasiyasının Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir və Ukraynanın sülhünü, sabitliyini daha da təhdid edir”, – Bayden deyib. Bayden həmçinin sanksiya ilə bağlı fərmanda vurğulayıb ki, DXR və LXR-in tanınması ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə yaradır.

Onu da bildirək ki, ABŞ həmçinin Rusiyanın qondarma DXR və LXR-in müstəqilliyini tanıması səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ABŞ-ın qondarma DXR və LXR-in tanınması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarından danışıb.

“Mən Rusiyanın beynəlxalq hüququn açıq-aşkar pozulmasından qazanc əldə etmək şansından məhrum olunması üçün sərəncam imzaladım”, – ABŞ Prezidenti Cozef Bayden özünün Twitter hesabında yazıb. “Biz müttəfiqlər və tərəfdaşlarla, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk”, – Ağ Ev rəhbəri əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın