ABŞ prezidenti Co Bayden Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan kömək almasına mane olacaqlarını bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ağ Ev rəhbəri Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb.

Dövlət başçısı Rusiyadan alkoqol və dəniz məhsulları, həmçinin brilliant daşların idxalını dayandırdıqlarını bildirib.

“Biz Rusiya iqtisadiyyatını məhv etdik. Moskva birjası iki həftədir açılmır. Çünki onlar açıldıqdan sonra çökəcəklərini bilirlər. Hər keçən gün beynəlxalq şirkətlər bir-bir Rusiyadan çəkilir.Biz Ukraynada Rusiyaya qarşı döyüşməyəcəyik. Ancaq Putinin Ukraynaya qalib gələcəyini də düşünmürük”, – deyə dövlət başçısı qeyd edib.

O, vurğulayıb ki, Rusiyaya qarşı bu sanksiyalar sonuncu olmayacaq. Bayden, həmçinin Ukraynaya rekord məbləğdə yardımı nəzərdə tutan büdcə qanununu imzalayacağını deyib. ABŞ prezidenti NATO ilə Rusiya arasında “Üçüncü Dünya Müharibəsinə” yol verməməyə çağırıb.

Son saatlarda aldığımız məlumata görə isə ABŞ prezidenti Co Bayden Rusiyaya dollar əskinaslarının satışını və ya tədarükünü qadağan edən yeni fərman imzalayıb. Fərman Rusiyaya dollar əskinaslarının birbaşa və ya dolayı yolla ixracı, satışı, ya da təkrar satışını qadağan edir. Qadağa həm fiziki, həm də hüquqi şəxslərə şamil olunur.

Öncəki xəbərRusiya-Ukrayna müharibəsi: Kremlin muzdlu döyüşçü qərarının arxasında nə dayanır?
Sonrakı xəbərMarqarita Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın