Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden (Jozeph Biden), sağlamlıq və iqlim dəyişikliyi təşəbbüsləri də daxil olmaqla, daha öncə ABŞ Konqresinin təsdiq etdiyi 430 milyard dollarlıq inflyasiyanın azaldılması paketini imzalayıb.

YALAN.info bildirir ki, TASS agentliyinin xəbərinə görə, bununla bağlı Ağ Ev Administrasiyasının saytında məlumat paylaşılıb.

Qanun layihəsi bir sıra tədbirləri, o cümlədən federal büdcə kəsirinin, vətəndaşların səhiyyəyə xərclərinin azaldılmasını və iqlim dəyişikliyi ilə mübarizəni əhatə edir. Bundan başqa, iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir. ABŞ hakimiyyəti bütün tədbirlərin gələcəkdə ölkədə inflyasiyanı azaldacağını gözləyir.

Hakim Demokratlar Partiyası bu addımları dəstəkləyir. Respublikaçılar paketin Konqres tərəfindən təsdiqindən sonra, təşəbbüslər paketinə daxil olan böyük xərcləri səhv düşünməkdə davam etdiklərini bildiriblər.

Onu da bildirək ki, Demokratlar öncə təxminən 3,5 trilyon dollarlıq qanun layihəsini qəbul etməyi planlaşdırırdılar, ancaq son bir il yarım ərzində partiyada davam edən fikir ayrılıqları səbəbindən onun sayını azaltmaq qərarına gəliblər.

MƏNBƏThe White House
Öncəki xəbərBP: “Şahdəniz Alfa” platformasından hasilat 14 günlüyünə dayandırılır
Sonrakı xəbərAlim Qasımov: Həyatımda hər şey planlı deyil, bədahətən baş verir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın