ABŞ prezidenti Co Bayden (Joe Biden) Rusiya Federasiyasına qarşı yeni sərt sanksiyalar və məhdudiyyətləri açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Baydenin sözlərinə görə, yeni sanksiyalar Rusiya iqtisadiyyatına həm qısa, həm də uzunmüddətli perspektivdə ciddi təsir göstərəcək.

O əlavə edib ki, sanksiyalara 27 Avropa Birliyi (AB) üzvü və Böyük Yeddilik (G7) üzvləri qoşulacaq. Söhbət Rusiyanın dollar, avro, funt sterlinq və yenlə biznes fəaliyyətinin məhdudlaşdırılması kimi tədbirlərdən gedir.

Birləşmiş Ştatlar həmçinin 1 trilyon dollara yaxın aktivləri olan Rusiya banklarına qarşı da sanksiyalar tətbiq edir. Söhbət, özəlliklə, aktivləri 250 milyard dollar həcmində qiymətləndirilən VTB bankdan gedir.

Sanksiyalar, başqa məsələlərlə yanaşı, Rusiyaya yüksək texnologiyalı məhsulların ixracını məhdudlaşdırır. Bu, kosmik sənayeyə də aiddir. Baydenin sözlərinə görə, tətbiq edilən sanksiyalar SWIFT sistemindən ayırmaqdan daha böyük təsir göstərə bilər.

ABŞ-ın Rusiyanın Ukrayna sərhədlərindən kənara çıxaraq NATO ölkələrinə keçməsindən rahatsız olub-olmaması sualına cavab olaraq, Bayden deyib ki, bu halda ABŞ birbaşa müdaxilə etməli olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın