Finlandiyanın baş naziri Sanna Marin bildirib ki, ölkə Avropa Birliyi (AB) ilə hərbi əməkdaşlığın intensivləşdiyi bir vaxtda NATO-ya qoşulmaq üçün müraciət etmək variantını özündə saxlamalıdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ölkənin Yle dövlət televiziyası məlumat yayıb.

“Biz NATO-ya qoşulmaq üçün müraciət etmək imkanını saxlayırıq. Seçim azadlığını yüksək dəyərləndirməliyik və bunu real hesab etməliyik, çünki bu, hər bir ölkənin öz təhlükəsizlik qərarlarını vermək hüququna aiddir”.

Finlandiya prezidenti Sauli Niinistö də Yeni il çıxışında Helsinkinin xarici və təhlükəsizlik siyasətində xəttinin sabit qaldığını bildirib. Onun sözlərinə görə, Finlandiya, özəlliklə, “öz qərarını verərsə, NATO-ya üzvlük üçün müraciət etmək imkanını özündə saxlayır”.

Öncəki xəbərDSX-nin hərbi qulluqçusu bilinməyən səbəbdən 3 xidmət yoldaşını öldürüb
Sonrakı xəbərAzərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın