Ermənistanın ombudsmanı Arman Tatoyan ölkənin baş naziri Nikol Paşinyanın son açıqlamasını təhlükəli adlandırıb. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, A.Tatoyan bununla bağlı “Facebook” hesabında fikirlərini bölüşüb. 

“Baş nazirin cəbhədəki hərbçilərə etdiyi çağırışı təhlükəlidir. Bu, vətəndaş qarşıdurmasına çağırışdır”, – deyə o bildirib. 

Qeyd edək ki, Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.

Paşinyanın sərsəm açıqlaması istefalara gətirib çıxardı

Ermənistanda baş nazir Nikol Paşinyanın açıqlamasından sonra ardıcılı istefa xəbərləri gəlib. Artıq üç deputat Paşinyanın “Mənim addımım” partiyasından istefa verdiklərini açıqlayıb. 

Məlumatlara görə, Qayane Abrahamyan, Taquhi Tovmasyan və Lusine Badalyan öz “Facebook” hesablarında bununla bağlı paylaşımlar ediblər. 

Taquhi Tovmasyanın sözlərinə görə, Paşinyanın komandası dialoq yolu ilə gərginliyi yumşaltmaq yerinə səhv ardınca səhv edir.

Bundan başqa Ermənistan baş nazirinin müavini aparat rəhbəri Varaq Siseryan da sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayıb.

Öncəki xəbərOmbudsman beynəlxalq qurumlara ermənilərin Kəlbəcərdəki ekoloji terroru ilə bağlı müraciət edib
Sonrakı xəbərXüsusi Təyinatlı Qüvvələrin zabiti ilə müsahibə: Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın