Haiti Prezidenti Jovenel Moiz (Jovenel Moïse) çərşənbə axşamı gecə saatlarında yaşadığı şəxsi iqamətgahda bilinməyən şəxslər tərəfindən güllələnərək öldürülüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Haiti Prezidentin Jovenel Moizə hücum zamanı ölkənin birinci xanımı Martin Moiz yaralanıb və xəstəxanaya aparılıb.

“Haiti prezidentinin həyat yoldaşı Martin Moizin də iqamətgaha edilən hücumda aldığı xəsarətlərdən ölüb”, – deyə “Telesur” telekanalı Twitter-də məlumat yayıb.

Haiti prezidenti Jovenel Moizin qətlə yetirilməsindən sonra ABŞ-ın paytaxt Port-o-Prens şəhərindəki səfirliyi müvəqqəti bağlanıb.

“Güvənlikliklə bağlı indiki durumu nəzərə alaraq ABŞ səfirliyi ABŞ vətəndaşlarının işə qəbulunu məhdudlaşdırır. Konsulluq xidmətlərinin göstərilməsi də daxil olmaqla, bu gün səfirlik işləməyəcək. Xahiş edirik, xüsusi ehtiyac olmadan səfirliyin yerləşdiyi Tabarr rayonuna səfər etməyəsiniz”, – diplomatik missiyanın müraciətində deyilir.

Qeyd edək ki, naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində Haiti prezidenti Jovenel Moiz qətlə yetirilib. Baş nazir vəzifəsini yerinə yetirən Klod Jozef güvənlik baxımından ölkədə durumun Haiti polisi və silahlı qüvvələrinin nəzarəti altında olduğunu bildirərək əhalini sakit olmağa çağırıb.

Öncəki xəbərYaponiyada dəhşətli sel görüntüləri: Onlarla insan itkin düşdü
Sonrakı xəbərErmənilər Azərbaycan xalqından üzr istədi: Hər insan səhv edə bilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın