Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandası 7-17 dekabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilməli olan dünya çempionatında (IWF World Championships Tashkent 2021) iştirak edə bilməyəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, buna səbəb avqustdan etibarən baş məşqçisiz qalan milli komandamızda yeni təyinatın olmamasıdır.

Nəticədə Azərbaycandan heç bir idmançının adı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına təqdim olunmayıb.

Qeyd edək ki, daha əvvəl 5-12 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş gənclərin dünya çempionatında Azərbaycanı heç kim təmsil etməmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın