Polis paytaxt Bakı şəhərində süpürgəçi qadını avtomobillə vuraraq öldürən sürücünü tutub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Reporta məlumat verilib.

Xəbər verilir ki, olay martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Məlumata görə, “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub və nəticədə piyada olay yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb

Öncəki xəbərPrezident Həsən Ruhani Bakıda: Azərbaycan-İran Sənədlərinə Qol Çəkib
Sonrakı xəbərNazim Əkbər: Mirzə Cəlil Belə Ana Dilində Danışdığına Görə Qızını Cəzalandırmışdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın