Nazirlər Kabineti yanında operativ qərargahdan YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumta görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

Belə tədbirlərin ən önəmli hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin böyük ölçüdə azalmasına gətirib çıxarıb.

Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i mümkün olmur və infeksiyanın yayılması təhlükəsini artırır.

Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə gərək var.

Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq üçün Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bir sıra dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi ilə bağlı qərar qəbul olunub.

Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların güvənliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.

Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq.

Bundan az öncə isə Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilmişdi ki, sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın