“Azov” alayının komandir müavini, kapitan Svyatoslav Palamar Mariupol zavodunda yaranmış durumdan danışıb.

YALAN.info bildirir ki, videonu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko yayımlayıb.

“Mən və komandanlıq “Azovstal” zavodunun ərazisindəyik. Müəyyən əməliyyat gedir, onun təfərrüatlarını açıqlamayacağam”, – deyə o vurğulayıb.

Palamar göstərdiyi dəstəyə görə dünyaya və Ukraynaya təşəkkürünü bildirib və “görüşərik” deyə əlavə edib.

Yada salaq ki, Rusiya Ordusu martın 1-dən indiyədək mühasirədə olan Mariupol şəhərinin böyük hissəsini nəzarətə ala bilib. Buna baxmayaraq, şəhərdəki “Azovstal” zavodunu hələ də ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Dinc əhaliağır yaralılar təxliyə edildikdən sonra Rusiya qoşunları ukraynalı əsgərlərin müdafiə etdiyi zavodu ələ keçirməyə çalışırlar.

❗️ Терміново! Звернення від “Калини” щодо операції на “Азовсталі”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın