Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarına yekun vurulub. YALAN.info-nun verdiyi məlumata görə, finalda ötən mövsüm olduğu kimi, Ağdamın Qarabağ və Bakının Neftçi komandaları qarşılaşacaq.

İlk finalçı Qəbələdə müəyyənləşib. Əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan oyunun penaltilər seriyasında Qəbələni 3-4 hesabı ilə üstələyən Neftçi PFK adını final mərhələsinə yazdırıb.


Azərbaycan Kuboku, 1/2 final, cavab oyunu, Qəbələ 1-1 Neftçi (pen. 3-4)

Artıq Premyer Liqada çempionluğu rəsmiləşdirmiş Qarabağ FK isə ilk oyunda olduğu kimi cavab qarşılaşmasında da İnteri məğlub edərək (4:0, 1:0) finala adlayıb.


Azərbaycan Kuboku, 1/2 final, cavab oyunu, Qarabağ 1-0 İnter

2015/2016 mövsümü Azərbaycan Kubokunun final oyunu mayın 25-də baş tutacaq.

Keçən sezon da Azərbaycan Kubokunun finalında atlıların komandası paytaxt klubu ilə qarşılaşmışdı. Həmin görüşdə Ağdamın Qarabağ komandası Neftçi Peşəkar Futbol Klubunu 3-1 hesabı ilə məğlub edərək kuboku qazanmışdı.

Öncəki xəbər2 İspan komandası Çempionlar Liqasının finalında: Real Madrid-Atletiko
Sonrakı xəbərAzərişıq, Azərsu və Azəriqaz ödənişləri ASAN Kommunalda
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın