Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən əməliyyatlarla bağlı həftəlik məlumatı təqdim edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ANAMA-dan verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1 098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 847 807 kvadratmetr (285 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məlumata görə, ötən il noyabrın 10-dan bu il aprelin 30-dək piyada əleyhinə 7 086, tank əleyhinə 3 574 mina və 7 943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Toplam 20 280 727 kvadratmetr (2 028 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən əməliyyatlarla bağlı məlumatı
Öncəki xəbərDünya Mətbuat Azadlığı Günü: Azərbaycanda durum necədir?
Sonrakı xəbərCahid Bağçı: Azərbaycanla münasibətlərimizi daha da gücləndirməyə çalışacağıq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın