Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilir ki, bir aydan çox evdə olmayacaq abunəçi bizə yazılı məlumat verməlidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ötən gün “Azəriqaz” İstehsalat Birliyində keçirilmiş “Açıq qapı” aksiyasında Hüquq Departamentinin rəisi Vüqar Eyvazov deyib.

Bu gün “Azəriqaz” İB Hüquq Departamentinin rəisi Vüqar Eyvazovun verdiyi və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmiş sözlərinə açıqlama yayıb. “Report” informasiya agentliyinin məlumatına görə, açıqlamada deyilir ki, mənzildə 1 aydan çox müddətdə kimsənin yaşamayacağı haldə qaz paylayıcısının bununla bağlı öncədən məlumatlandırılması istehlakçının vəzifəsidir:

“Bu müddəa “Qazdan istifadə haqqında” Qaydaların 3.2.10-cu yarımbəndində öz əksini tapıb. Həmin yarımbəndə görə sözü gedən məlumatlandırma yazılı qaydada olmalıdır. Bundan başqa, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.3-cü (İstehlakçının vəzifələri) bəndində aşağıdakı vəzifələr təsbit olunub:

  • “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək (2.3.3 yarımbənd);
  • “Qazdan istifadə qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək (2.3.7 yarımbənd)

Vətəndaşların müxtəlif səbəblərdən (bağ evində müntəzəm yaşayışın olmaması, məzuniyyətə, ya da tətilə çıxması, iş yerinin başqa ərazidə yerləşməsi və b.) qazlaşdırılmış obyektdə 1 aydan çox müddətdə yaşamayacağı təqdirdə bu haqda qazpaylayıcısının məlumatlandırılmasının əsas təyinatı düzgün, ya da təyinatı üzrə istifadə olunmadığı səbəbindən qazın partlayıcı, boğucu xüsusiyətlərini nəzərə alaraq ev, ya da mənzildə ehtimal olunan qaz sızması nəticəsində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasıdır.

Bu hallara daha çox payız-qış mövsümündə təsadüf olunduğu üçün istehlakçının bəhs edilən vəzifəsinin xatırlatması da aktualdır. Yazılı qaydada məlumatlandırma istifadə edilməyəcəyi haldə qaza görə hər hansı bir ödənişi də istisna edir”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın