Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Rusiyanın Krasnoyarsk şəhərində 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinin qalibi olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) məlumatına görə, 59 kq çəki dərəcəsində yarışan Kolesnik finalda rusiyalı Jarqalma Tsırenova üzərində əzmkar qələbə qazanıb – 5:3.

O, öncəki qarşılaşmalarında rusiyalı Yuliya Artışkoya “tuşe” ilə, 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjava sonuncu xal prinsipinə görə (6:6), yarımfinalda daha bir rusiyalı Yuliya Alborova üzərində tam üstünlüklə (14:1) qələbə qazanıb.

Onu da bildirək ki, finalın ilk hissəni rəqib minimal fərqlə öndə başa vursa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən Alyona 5:3 hesablı qələbəylə yarışda çempion olub. Beləliklə, güləşçilərimiz üçün 2022-ci ildə ilk yarışı arxada qalıb və başlanğıc uğurlu alınıb.

AGF-nin məlumatına görə, yanvarın 27-də qadınlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb. Şəhanə Nəzərova (50 kq) ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub – 2:3.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın