Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumun anbaan görüntüləri yayılıb.

YALAN.info bildirir ki, görüntülər Azərbaycanın diplomatik korpusunun müşahidə kameraları tərəfindən lentə alınıb.

Görüntülərdə Azərbaycan səfirliyinin əməkdaşlarının terrorçunu qəhrəmancasına zərərsizləşdirməyə çalışdığı öz əksini tapıb. Videodan görünür ki, mühafizəçi cəsarətli davranmasaydı, terrorçu qarşısına çıxan hamını güllələyəcəkdi. O, zərərsizləşdirilənə qədər təqribən 7-8 güllə atıb. Nəzərə almaq lazımdır ki, “Kalaşnikov”un darağında 32 güllə olur.

Binada diplomatların ailələri də yaşayır. Deməli mühafizəçi vaxtında mane olmasaydı, çox sayda itki olacaqdı.

Yadaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların durumu qənaətbəxşdir. İndi bu xain hücum üzrə araşdırma gedir.

Gunman storms Azerbaijan embassy in Tehran before brave civilian tackles him

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın