Azərbaycanın Neftçala rayonunda yaşayan 125 yaşlı qadın vəfat edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Neftçala rayon İcra Hakimiyyəti məlumat verib.

Beşdəli kənd sakini 1896-cı il təvəllüdlü Səmədova Sona Cəfər qızı uzunömürlülər siyahısına daxil idi. Rayonun ən uzunömürlü sakini olan Səmədova Sona bu gün rəhmətə gedib və Neftçala rayonu Beşdəli kənd qəbiristalığında dəfn olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın