“İndi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları işğaldan azad edilən ərazilərdə öz işlərini layiqincə yerinə yetirirlər”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Report informasiya agentliyinin Ağdama ezam olunan əməkdaşının xəbərinə görə, bunu nazirliyin N saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov deyib.

O bildirib ki, qarşıya qoyulan tapşırıqlar uğurla həyata keçirilir: “İşimizin ağır olmasına baxmayaraq, fəaliyyətimizi layiqincə həyata keçiririk. Hava şəraitindən asılı olmayaraq torpaqlarımızın minalardan və partlamamış mərmilərdən təmizlənməsi üçün əlimizdən gələni edirik”.

Ə.Süleymanovun sözlərinə görə, FHN əməkdaşları indi Füzuli və Ağdam rayonları ərazisində su hövzələrinin minalardan təmizlənməsinə cəlb edilib: “Su hövzələrinin minalardan təmizlənməsi böyük önəm daşıyır. Məqsədimiz vətəndaşlarımız tezliklə geri qayıtdıqdan sonra onların kənd təsərrüfatı işləri ilə rahat şəkildə məşğul olmalarına şərait yaratmaqdır”.

Polkovnik vətəndaşlara çağırış edib: “Xahiş edirəm ki, minalardan təmizlənməyən ərazilərə daxil olmasınlar”.

“Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib.

“Ancaq bir qədər səbir və təmkin nümayiş etdirməliyik. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ da təhlükə var. Sirr deyil ki, müharibədən sonra baş verən faciələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib.

Sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhlükəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir. Artıq məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlər köçürüləcək. Həmin sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir.

Bu istiqamətdə işlər davam etdirilir. Hər birimiz daha çox çalışmalı, daha çox işləməli, daha çox məlumatları bölüşməli və paylaşmalıyıq. Qarabağ Azərbaycandır!”, – deyə o vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın